Published June 26, 2020 | Version v1
Journal article Open

SÜMÜKLƏRİN İLTİHABİ VƏ ŞİŞ TRANSFORMASİYASI ZAMANI İMMUNHİSTOKİMYƏVİ TƏDQİQATI

Description

Qeyri-şiş mənşəli zədələnmələrin, xoşxassəli və bədxassəli sümük­yaradıcı və sümük iliyi şişlərin sitospesifikliyinin müəyyənləşdirilməsi üçün istifadə edilən immunhistokimyəvi markerlər bizim tərəfimizdən dörd kateqoriyaya bölünmüşdür (əsas, faydalı, dəqiqləşdirici və əlavə). Bunlardan ümumi leykositar antigeni biz əsas, neyronspesifik eno­lazanı və neyrofilamentləri – faydalı, S-100 zülalını –dəqiqləşdirici, HBA-71 – əlavə markerlərə aid etmişik.

Osteomielit zamanı immunhistokimyəvi tədqiqatlar üçün 5 immunohisto-kimyəvi markerdən osteoblastlar yalnız ümumi leykositrar antigenə pozitivdirlər.

İmmunhistokimyəvi tədqiqatın nəticələri aşağıdakı şəkildə veril-mişdir.

Osteomielit zamanı immunhistokimyəvi tədqiqatlar üçün 5 immunohisto-kimyəvi markerdən osteoblastlar yalnız ümumi leykositrar antigenə pozitivdirlər.

Yuinq sarkoması zamanı HBA-71 və S-100 zülalı kimi markerlərlə immunhistokimyəvi tədqiqatlarla yüksək pozitivlik dərəcəsi (++) aşkar edilmişdir.

PNET-in immunfenotipləşməsi zamanı neyronspesifik enolazanın, membran antigeni  HBA-71, neyrofilamentlərin və S-100 zülalının yüksək pozitivlik dərəcəsi aşkar edilmişdir (++).

İmmunfenotipləşmə zamanı sümüyün bədxassəli limfomasının 12 müşahidəsindən yüksək müsbət reaksiya yalnız ümumi leykositar antigenlə aşkar edilmişdir (++).

Beləliklə,  osteomielit üçün immunhisto-kimyəvi marker rolunu vimentin, aktin, ümumi leykositar antigen, Yuinq sarkoması üçün– HBA-71, S-100 zülalı, vimentin, həmçinin sitokeratinlər, neyronspesifik enolaza oynayır. PNET hüceyrələri S-100 zülalını, neyron-spesifik enolazanı, HBA-71-i, vimentini, neyrofilamentləri, sitokeratinləri və desmini ekspressiya edə bilər. Sümüyün bədxassəli limfoması ümumi leykositar antigenə və yalnız nadir hallarda vimentinə yüksək pozitivdilər.

Files

Proceeding-Soft.pdf

Files (4.3 MB)

Name Size Download all
md5:751d8900d9b59ff6b53f6d49d834a492
4.3 MB Preview Download