Published June 25, 2020 | Version v1
Journal article Open

RETT SİNDROMUNUN DİAQNOSTİKASINDA MECP2 GEN MUTASİYALARININ MOLEKULYAR GENETİK METODLA ARAŞDIRILMASININ ƏHƏMİYYƏTİ

  • 1. PhD namizəd. Azərbaycan Tibb Universiteti, Tibbi biologiya və genetika kafedrası, Bakı, Azərbaycan.

Description

Rett sindromu ağır və proqressiv nevroloji xəstəlik olub əsasən qız uşaqlarında rast gəlinir. Rett sindromu zamanı 6-18 aya kimi normal inkişaf müşahidə edilir, sonrakı yaşlarda isə beyin inkişafında geriləmə, ünsiyyət bacarığının zəifləməsi, stereotipik əl hərəkətlərinin yaranması, tənəffüsdə çətinlik və s. kimi əlamətlər özünü göstərir [1]. Metil-CpG bağlanan protein 2-nin (methyl-CpG binding protein 2-MECP2) de novo mutasiyaları klassik Rett sindromunun ən başlıca səbəbidir [2]. Bu genin mutasiyalarının və ya ekspressiyasındakı dəyişikliklərin autism spectrum pozuntusu kimi digər sinir sistemi xəstəliklərində də rol oynaması MECP2-nin beynin inkişaf və funksiyasına təsirinin molekulyar mexanizmlərinin öyrənilməsinin əhəmiyyətini göstərir.

İşin məqsədi: Klinik təzahür edən simptomlara əsasən Rett sindromu şübhəsi olan 4 yaşlı qız uşağında MECP2 gen mutasiyalarının molekulyar genetik analizlə araşdırılması olmuşdur.

Material və metodlar: Xəstənin periferik qan materialından genomik DNT ekstraksiyası aparılmışdır. MECP2 geninin ekzonlarına müvafiq oliqonukleotid primerlərdən istifadə edərək polimeraza zəncir reaksiyası (PCR) aparılmışdır. Alınmış PCR məhsullarında Sanger sequencing üsulu ilə nukleotid ardıcıllıqları oxunmuş və nukleotid yerdəyişmələri müəyyənləşdirilmişdir.

Nəticə: Xəstədə İVS2+27delTHet, c.455C>GHet (p.Pro152ArgHet), c750C>THet (p.Arg250Arg), 3’UTR+905C>THet, 3’UTR+1276A>GHom dəyişiklikləri aşkar olunmuşdur.

Yekun: Xəstədə aşkar olunmuş c.455C>GHet mutasiyası sintez olunan proteinin quruluşunda 152-ci yerdə prolin amin turşusunun arginin amin turşusu ilə əvəz olunmasına səbəb olmuşdur. Bu mutasiya patogen təsirə malikdir və Rett sindromunun yaranmasına səbəb olur [3]. De novo, yəni cinsi hüceyrələrdə yaranan mutasiyadır. Bu mutasiyanın aşkarlanması MECP2 geninin molekulyar genetik analizinin Rett sindromunun diaqnostikasında önəmli rola malik olduğunu göstərir.

Files

Proceeding-Soft.pdf

Files (4.3 MB)

Name Size Download all
md5:751d8900d9b59ff6b53f6d49d834a492
4.3 MB Preview Download